İsveçdə 2017-ci il kimya üzrə Nobel mükafatının laureatlarının adları açıqlanıb. İsveçdə 2017-ci il kimya üzrə Nobel mükafatının laureatlarının adları açıqlanıb.

Kimya üzrə Nobel mükafatının sahibləri məlum oldu

İsveçdə 2017-ci il kimya üzrə Nobel mükafatının laureatlarının adları açıqlanıb.

AzNews.az xəbər verir ki, bu mükafata amerikalı Yoahim Frank, isveçrəli jak Düboşe və britaniyalı Riçard Henderson layiq görülüb.

Onlar məhlulda yüksək çözümlü molekulların strukturunun müəyyənləşdirilməsi üçün krioelektron mikroskopiyanın hazırlanmasına görə Nobel mükafatı ilə təltif ediliblər.

Xatırladaq ki, oktyabrın 2-də 2017-ci il üzrə tibb və fiziologiya üzrə Nobel mükafatının laureatları məlum olub. Onlar ABŞ-lı alimlər Ceffri Holl, Maykl Rozbaş və Maykl Yanq olublar.

Oktyabrın 3-də isə 2017-ci il fizika üzrə Nobel mükafatının laureatları məlum olub. Bu mükafata ABŞ-lı alimlər Rayner Vayss, Kip Torn və Barri Beriş layiq görülüb.

Qeyd edək ki, mükafatin təqdim edilməsi mərasimi hər il dekabrın 10-da İsveçin və Norveçin paytaxtlarında keçirilir.