ABŞ-da silahlı hücum - 3 ölü, 2 yaralı + Yenilənib

ABŞ-ın Merilend ştatındakı parklardan birində baş verən silahlı hücum zamanı 3 nəfər ölüb

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb, 2 nəfər isə yaralanıb. Silahlı hücumu təşkil edən şəxs qaçdığına görə həmin ərazidə məktəb və iş yerləri bağlanıb. Hadisənin detalları haqqında heç bir məlumat verilmir. Şübhəli şəxsin axtarışları davam edir.

***

19:07

ABŞ-ın Merilend ştatındakı parklardan birində silahlı hücum olub.

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, əhatəsində çox sayda ofis və binanın olduğu parkda baş verən silahlı hücum zamanı 5 nəfər yaralanıb. Hadisəni törədən şəxs ərazidən qaçıb.