- Köhnə - Dünya
- 31 Oktyabr 2017 17:22
- 6 080
Acılı yeməyin faydaları

Alimlər ədviyyəli qidanın daha bir müsbət xüsusiyyətini aşkar ediblər.
Bu barədə AzNews.az xarici mətbuata istinadən məlumat verir.
Sən demə, acı bibər və digər acılı ədviyyat, orqanizmi artıq çəkidən azad etməkdən əlavə, böyük miqdarda duz yemək istəyini də azaldır. Bu da qan damarlarının və ürəyin sağlamlığına faydalı təsir göstərir.
Çin alimləri çox acılı ədviyyat qidalanan 600 könüllünün pəhrizini müşahidə edərək, acılı yeməyin başqa bir müsbət keyfiyyətini ortaya çıxarıblar. Ədviyyatlı qidaların istifadəsi qan damarlarında təzyiqi 8 və 5 millimetr civə sütunu endirib. Bu, könüllülərin acılı yemək yeyərkən əhəmiyyətli dərəcədə az duz istifadə etmələri ilə bağlıdır.
Həmçinin, acılı yemək yağlı toxumada artıq kalorini yandırır, metabolizmi sürətləndirir və bədəndə olan iltihabın ümumi səviyyəsini azaldır.