Gürcüstanın eks-prezidenti və Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvili yaşadığı binanın damına qalxıb. Gürcüstanın eks-prezidenti və Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvili yaşadığı binanın damına qalxıb.

İntihar etmək istəyən Saakaşvili saxlanıldı - Yenilənib

Gürcüstanın eks-prezidenti və Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvili yaşadığı binanın damına qalxıb.

AzNews.az xəbər verir ki, 8 mərtəbəli evin damından o, özünü atmaq istəyir.

Ukrayna FHN-nin xilasediciləri hazırda hadisə yerindədir.

Polis isə M.Saakaşvilinin Kiyevdə Kostelnaya, 7 ünvanındakı 32 nömrəli mənzilində axtarış aparır.

***

Son məlumatlara görə, Mixail Saakaşvilini damdan aşağı endirmək mümkün olub. Hazırda o, polis idarəsində ifadə verir.

***

Tərəfdarları Ukrayna mətbuatına Mixail Saakaşvilinin saxlanıldığı barədə məlumat verib. Bundan başqa, M.Saakaşvilinin silahdaşları ilə xüsusi təyinatlı dəstənin əsgərləri arasında siyasətçinin Kiyevin mərkəzindəki evinin yaxınlığında qarşıdurma yaşanıb.

image description