Misir kilsəsi Maykl Pensi qəbul etməyəcək

Misirin Kopt Pravoslav Kilsəsi yaxın gələcəkdə Qahirəyə səfər edəcək ABŞ-ın vitse-prezidenti Maykl Pensi qəbul etməkdən imtina edib.

AzNews.az xəbər verir ki, kilsənin yaydığı bəyanata əsasən bu barədə qərar Vaşinqtonun Qüdsə dair mövqeyinə görə verilib.

Kopt kilsəsinin rəsmi nümayəndəsi bildirib ki, bu addım milyonlarla ərəb sakinlərinin hisslərini nəzərə almayan ABŞ rəhbərliyinin qərarına cavab olaraq atılıb.