- Köhnə - Dünya
- 14 Dekabr 2017 22:11
- 2 253
Qatar məktəb avtobusu ilə toqquşdu, 4 uşaq öldü

Fransanın Milla rayonunda qatarın məktəb avtobusu ilə toqquşması nəticəsində 4 uşaq ölüb, 19 nəfər xəsarət alıb.
AzNews.az Tass-a istinadən xəbər verir ki, ölənlər 13-17 yaş arası məktəblilərdir.
Məlumata görə, qəza Los Palaus qəsəbəsində dəmir yolu keçidində baş verib. Güclü zərbədən avtobus iki hissəyə bölünüb.