Norveç bundan imtina etdi

Norveç dünyada radio FM-in yayımından tamamilə imtina edən ilk dövlət oldu.

AzNews.az bu barədə The Local məlumat verib. Nəşin məlumatına görə dekabrın 13-dən ölkədəki bütün milli audio yayım rəqəmsal olub. Son olaraq Norveçin şimal bölgələri və Arktikadakı Svalbard arxipelaqı bu standarta keçib. Eyni zamanda yerli radioların əksəriyyəti eyni formatda işləməyə davam edir. Rəqəmsal yayım üçün keçid yanvar ayında başlayıb. Qeyd edildiyi kimi, DAB formatı daha yaxşı səs keyfiyyəti təmin edir və daha çox kanal və funksiya təklif edir. Bundan əlavə rəsmilərin məlumatına görə, rəqəmsal radio FM radio-dan 8 qat daha ucuzdur. Bu keçid yerli sakinlər arasında narazılıqla müşayiət olunub. Belə ki, yeni adapterlər almaq məcburiyyətində qalırlar. Hesablamalara görə, avtomobillərin hamısında radioları yeni formatda dinləmək olmayacaq. Ekspertlər DAB-ın Norveç əhatə dairəsinin kifayət qədər olmadığını da vurğulayırlar.

Yaxın zamanlarda bir sıra Avropa ölkələri İsveçrə, Birləşmiş Krallıq və Danimarka daxil olmaqla rəqəmsal yayımlara keçməyi planlaşdırır.