Əfqanıstanın cənubundakı Qəndəhar vilayətində bomba yüklü zirehli avtomobillə həyata keçirilən intihar hücumunda 6 polis həyatını itirib. Əfqanıstanın cənubundakı Qəndəhar vilayətində bomba yüklü zirehli avtomobillə həyata keçirilən intihar hücumunda 6 polis həyatını itirib.

Bomba yüklənmiş avtomobil partladıldı: 6 polis öldü

Əfqanıstanın cənubundakı Qəndəhar vilayətində bomba yüklü zirehli avtomobillə həyata keçirilən intihar hücumunda 6 polis həyatını itirib.

AzNews.az xəbər verir ki, Mayvənd qəsəbəsi Təhlükəsizlik idarəsinin rəisi Sultan Məhəmməd bildirib ki, intiharçılar hərbi maşınla qəsəbənin təhlükəsizlik idarəsini hədəf alıblar.

Onun sözlərinə görə, hücumda 6 polis əməkdaşı həyatını itirib, 8 polis isə yaralanıb.

Məhəmməd 3 ton partlayıcının yerləşdirildiyi zirehli maşının partladılması ilə idarə binasının yararsız hala gəldiyini qeyd edib.

Partlayışın təsiri ilə ətrafdakı evlərə böyük zərər dəyib. Məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.