Rusiyanın Sankt-Peterburq şəhərində iş adamının oğlu olduğu ehtimal edilən 20 yaşlı şəxs yolda baş verən mübahisə zəminində adam bıçaqlayıb. Rusiyanın Sankt-Peterburq şəhərində iş adamının oğlu olduğu ehtimal edilən 20 yaşlı şəxs yolda baş verən mübahisə zəminində adam bıçaqlayıb.

İş adamının 20 yaşlı oğlu adam bıçaqladı

Rusiyanın Sankt-Peterburq şəhərində iş adamının oğlu olduğu ehtimal edilən 20 yaşlı şəxs yolda baş verən mübahisə zəminində adam bıçaqlayıb.

AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, 20 yaşlı oğlan Land Rover markalı avtomobili idarə edərkən qarşıdan gələn maşının sürücücü ilə yolda baş verən mübahisə zəminində ona bıçaqla xəsarətlər yetirib.

İnsident dekabrın 25-də Oktyabr döngəsində baş verib.

Yaralı şəxs döş qəfəsi, qarnı, sağ çiynindən aldığı çoxsaylı xəsarətlərlə reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb, istintaq gedir.