Rusiya paytaxtı Moskvanın cənubunda yerləşən "Menşevik" fabrikində atışma baş verib. Rusiya paytaxtı Moskvanın cənubunda yerləşən "Menşevik" fabrikində atışma baş verib.

Moskvada fabrikdə atışma: Ölən var

Rusiya paytaxtı Moskvanın cənubunda yerləşən "Menşevik" fabrikində atışma baş verib.

AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, fabrikin baş direktoru İlya A. atışmanı törədib.

Hadisə bu gün səhər saat 09:13 radələrində baş verib.

O, fabrikin keçmiş sahibidir. İlyanın fabrikin indiki sahibinə çoxlu borcu var imiş. İnsident də fabrikin indiki sahibi ilə onun arasında baş verib.

Atışma nəticəsində bir nəfər ölüb. Ölən şəxsin fabrikin mühafizəçisi olduğu deyilir. Daha 3 nəfərin yaralandığı deyilir.

Bundan başqa, binada girov saxlanılanlar olduğu da bildirilir. Hazırda polis ərazidə əməliyyat keçirir.