- Köhnə - Dünya
- 1 Yanvar 2018 17:56
- 2 787
“İran xalqı cana doyub”: Donald Tramp

Donald Tramp İran İslam Respublikasını “terrorun bir nömrəli dövlət sponsoru” adlandırıb.
AzNews.az xəbər verir ki, ABŞ prezidenti bu bəyanatı İran prezidenti Həsən Ruhani öz ölkəsində baş qaldıran etiraz dalğasını etiraf etməsindən az sonra yayıb.
“İran, Terrorun Bir Nömrəli Dövlət Sponsoru insan haqlarını hər saat pozmaqdadır. İndi də dinc nümayişçilərin kommunikasiyasının qarşısını almaq üçün interneti qapadıblar. Yaxşı deyil!”- deyə.,Tramp Twitter hesabında yazıb.
Iran, the Number One State of Sponsored Terror with numerous violations of Human Rights occurring on an hourly basis, has now closed down the Internet so that peaceful demonstrators cannot communicate. Not good!
— Donald J. Trump (@realDonaldTrump) December 31, 2017
Trampın bəyanatı Ruhaninin ABŞ prezidenti ünvanına səsləndirdiyi tənqidi fikirlərdən sonraya təsadüf edir. Ruhani Trampı İran xalqını bir vaxtlar terrorist adlandırmaqda günahlandırmışdı.
Bazar günü axşam verdiyi bəyanatda Ruhani insanların etiraz nümayişi keçirmək hüququna sahib olduqlarını deyib, ancaq bunun “ictimai asayişə və insan həyatlarına təhlükə törətmədən” həyata keçirilməli olduğunu vurğulayıb.
Qeyd edək ki, Cümə axşamından bəri bütün İran boyu şəhərlər və qəsəbələrdə minlərlə adamın etiraz dolu şüarlarla küçələrə axışıb.
DİGƏR XƏBƏRLƏR