- Köhnə - Dünya
- 2 Yanvar 2018 15:08
- 4 790
Yeni buz dövrü yaxınlaşır - Canlılar məhv ola bilər

Böyük Britaniyalı alimlər qarşıdakı 30 il ərzində yer kürəsində temperaturun düşəcəyini proqnozlaşdırır.
AzNews.az metbuat.az-a istinadla bildirir ki, alimlərin fikrincə buna Günəşdəki elektromaqnit fəallığın dəyişməsi səbəb olacaq.
Prosesin 2021-ci ildə başlayacağı güman edilir. Nəticədə dünyanın bəzi bölgələrində sərt şaxtalar hökm sürəcək.
Alimlər bunu "kiçik buz dövrü" adlandırırlar.
Bu proses ümumiliklə Yer kürəsi üçün faydalı olsa da, şaxtaların təsiri altında qalan bölgələrdəki canlı həyatın fəsadlarla üzləşəcəyi qaçılmaz olacaq.