İranın qərbində Həmədan şəhərində hökümətin müdafiəsi məqsədilə nümayişlər başlayıb. İranın qərbində Həmədan şəhərində hökümətin müdafiəsi məqsədilə nümayişlər başlayıb.

İranda nümayişlər başladı - Hökümətin müdafiəsinə qalxdılar

İranın qərbində Həmədan şəhərində hökümətin müdafiəsi məqsədilə nümayişlər başlayıb.

AzNews.az Mehr agentliyinə istinadən xəbər verir ki, nümayişçilər əllərində İran bayraqları, prezident Həsən Ruhaninin və ali dini lider Ayatollah Əli Xameneyinin şəkillərini tutaraq hökümətin müdafiəsinə qalxıblar.

Nümayişçilər hökümət əleyhinə etiraz aksiyalarını dağıtdığı üçün polisə təşəkkür ediblər.

Qeyd edək ki, dekabrın 28-də İranın müxtəlif şəhərlərində hökümətin iqtisadi siyasətinə qarşı etiraz dalğası başlayıb. Etirazlar zamanı baş verən toqquşmalarda 20-dən çox insan ölüb, 450 nəfər həbs edilib.