İsveçin paytaxtı Stokholmda metronun “Varby gard” stansiyasının qarşısında partlayış baş verib. İsveçin paytaxtı Stokholmda metronun “Varby gard” stansiyasının qarşısında partlayış baş verib.

Stokholmda metroda baş verən partlayış terror deyil - Yenilənib

İsveçin paytaxtı Stokholmda metronun “Varby gard” stansiyasının qarşısında partlayış baş verib.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, polis Stokholmda metro stansiyası yaxınlığında baş vermiş partlayışın terrorçuluqla bağlı olmadığını bildirib.

"Partlayışın terrorçuluqla heç bir əlaqəsi yoxdur", - deyə polisin nümayəndəsi hadisəni şərh edərkən bildirib.

***

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, partlayışa səbəb əl qumbarası olub.

Partlayış nəticəsində 60 yaşlı kişi və 45 yaşlı qadın yaralanıb.

Stokholm Polis Departamentinin nümayəndəsi Sven-Erik Olsson bildirib ki, partlayış yaralanan şəxslərdən birinin yerdəki cismi götürən zaman baş verib. Partlayışdan sonra metro və ətrafı polis tərəfindən əhatəyə alınıb.

***

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər yaralanıb.

Stansiyaya əl qumbarası atıldığı söylənilsə də, hələlik bu məlumat rəsmi olaraq təsdiqlənməyib.

Hazırda polis ərazidə axtarış və təhlükəsizlik tədbirləri görür.