- Köhnə - Dünya
- 3 Mart 2013 14:49
- 2 158
ABŞ dövlət katibi siyasi razılaşma üçün Misirdə
ABŞ dövlət katibi Con Kerry bir ay sürən etirazlardan sonra hökumət və müxalifət arasında siyasi razılığı sürətləndirmək üçün mart ayının 2-də Misirə gedib.
Onun səfəri müxalif qüvvələrin ölkədə keçirilmiş seçkiləri boykot edən nümayişlərlə eyni zamana təsadüf edir.
Xatırladaq ki, Misir, inqilabdan sonra ilk prezident olan Mursinin 2012-ci ilin noyabr ayında öz siyasi gücünü artırmaq və islamçı konstitusiyanın qəbuluna yol aça biləcək fərmanı imzalamasından sonra iki hissəyə bölünüb.
Bu baxımdan ABŞ dövlət katibinin ölkədə hökm sürən iqtisadi böhranı aradan qaldıra biləcək beynəlxalq fondların yardımını təmin etmək üçün iqtidar və müxalifət arasında siyasi razılaşmanın vacibliyini vurğulayacağı gözlənilir.
Misirə iki günlük səfəri zamanı Cənab Kerryi Misir Prezidenti Məhəmməd Mursi digər yüksək rütbəli dövlət rəsmiləri, həmçinin bəzi müxalifət liderləri ilə də görüşü planlaşdırılır.
Şamxal Əbilov
AzNews.az