- Köhnə - Dünya
- 26 Yanvar 2018 16:49
- 3 319
“Məni Polşaya deportasiya edirlər” - Saakaşvili

Gürcüstanın keçmiş prezidenti, Odessa bölgəsinin eks qubernatoru Mixail Saakaşvili Ukraynanın Xarici İşlər Nazirliyinin onun Polşa tərəfinə verilməsi ilə əlaqədar müraciət göndərdiyini iddia edir.
AzNews.az xəbər verir ki, bu barədə "Ria Novosti" agentliyi məlumat yayıb.
"Rəsmi olaraq bəyan edirəm: Ukraynanın Xarici İşlər Nazirliyindən dünən Polşa Xarici İşlər Nazirliyinə mənim deportasiyamla bağlı sorğu göndərilib. Mən qaçmaq istəyirəm, yoxsa siz istəyirsiniz mən qaçım?" - deyə Saakaşvili bu gün Kiyevdə keçirilən apellyasiya məhkəməsinin iclasında bildirib.
Ötən ilin payızında Ukrayna vətəndaşlığından məhrum olan Saakaşvili sərhədçilər və hüquq-mühafizə orqanlarının kordonları vasitəsilə Polşadan Ukraynaya keçib. Məhkəmə onu sərhədi qeyri-qanuni yolla keçməkdə ittiham edib və təxminən 130 dollar cərimə tətbiq edib.
Polşanın Kiyevdəki səfirliyi vəziyyətə bağlı şərh verməyib və geri dönmə ilə bağlı mövzunun onların səlahiyyətinə daxil olmadığını açıqlayıb.