Rusiya və Çin ABŞ-ın təhlükəsizliyi üçün təhdiddir: Pentaqon

Rusiya və Çin ABŞ-ın təhlükəsizliyi üçün təhdiddir.

“İnterfaks” agentliyinin verdiyi xəbərə görə, bunu ABŞ müdafiə nazirinin müavini Con Rud bəyan edib.

"Rusiya və Çin qlobal quruluş və sərhədlərin dəyişdirilməsinə cəhd edir. Bu iki dövlət Birləşmiş Ştatların, onun müttəfiqlərinin və tərəfdaşlarının təhlükəsizliyinə ən böyük təhdiddir”, deyə C.Rud bildirib.

Onun sözlərinə görə, bu təhdidlər getdikcə artacaq: “Bu baxımdan ABŞ və müttəfiqləri hərbi ehtiyaclar üçün xərcləri artırmalıdırlar”.

Konqresdə dinləmələrdə çıxış edən C.Rud Rusiyanı orta və qısa mənzilli raketlərin ləğv edilməsi ilə bağlı müqaviləni pozmaqda ittiham edib. O, buna misal kimi Rusiya prezidenti Vladimir Putinin Federal Məclisə müraciətində yeni silah sistemlərinin inkişafı ilə bağlı bəyanatlarını gətirib. Eyni zamanda Pentaqon rəsmisi vurğulayıb ki, hazırda ABŞ-ın raket əleyhinə müdafiə sistemi ölkəni Rusiya və Çinin strateji qüvvələrindən tam şəkildə qorumaq iqtidarında deyil