- Köhnə - Dünya
- 9 Mart 2018 11:31
- 2 597
Hindistanda zavod yandı - Ölənlər var

Hindistanın qərbindəki Palqar rayonunda kimya zavodunda partlayış baş verib.
AzNews.az dünya mətbuatına istinadən xəbər verir ki, hadisə bu gün səhər baş verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları hesab edirlər ki, yanğına elektrik cihazın partlaması səbəb olub. Bu da işçilərin təhlükəsizlik qaydalarına əməl etməməsinə görə baş verib.
Hadisə nəticəsində 3 nəfər ölüb, 13 nəfər isə müxtəlif bədən xəsarətləri alıb.