Nazir maşınında güllələndi






Meksikada Xalisko ştatının turizm naziri Xose de Xesus Qaleqos öldürülüb

O, Sapopan şəhərində öz avtomobilində gedərkən güllələnib. Hadisənin təfərrüatları barədə hələlik məlumat verilmir.
Bununla belə hökumətdə qətlin nazirin fəaliyyəti ilə əlaqələndirilməsinə qarşı çıxırlar. Çünki nazir öz vəzifəsinə cəmi bir həftə əvvəl başlamışdı.
Polisin artıq hadisədə şübhəli bilinən 4 nəfəri həbs etdiyi xəbər verilir.

Elnarə
AzNews.az