Sergey Lavrov forumda yıxıldı - Video

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada keçirilən “Rusiya imkanlar ölkəsidir” adlı forumda səhnəyə çıxan zamanı yıxılıb.

AzNews.az NTV-ə istinadən xəbər verir ki, Lavrov pilləkənə ilişərək dizi üstə yıxılıb, lakin tez qalxaraq öz yerini tutub.

Rusiya XİN rəhbəri öz nitqini forumda zarafatla başlayıb: “Görürsünüz, ilişdim. Yaxşı ki, diplomatik cəbhədə yox, forumda yıxıldım”.