Miqrantlar Almaniyada qalmağın yolunu tapdılar

Almaniya miqrantların yaşamaq istədiyi ölkələr arasında birinci yeri tutur.

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, miqrantlar Almaniyadan qovulmamaq üçün yeni bir üsul tapıblar. Belə ki, miqrantlar öz şəxsiyyət vəsiqələrini məhv edirlər. Bununla da onların hansı ölkədən gəldikləri naməlum qalır və qanuni şəkildə Almaniyadan çıxarılmaları qeyri-mümkün olur. Bü üsuldan istifadə edilməsi nəticəsində Almaniyada qalan miqrantların sayında 71% artım olub. Onların sayı hal-hazırda 65 mindən çoxdur.