- Köhnə - Dünya
- 12 Mart 2013 13:07
- 2 859
Abdullah Gülü qoruyarkən öldü
İsveçdə səfərdə olan Türkiyə prezidenti Abdullah Gülü mühafizə edən isveçli əməkdaşlardan biri kanala düşüb. O, hadisə nəticəsində ölüb.
ANS PRESS-in verdiyi məlumata görə, isveçli polis məmuru Türkiyə prezidentinin Gustav sarayını ziyarəti zamanı istifadə etdiyi dörd təkərli ərazi motoskileti avtodayanacaqda saxlamaq istəyərkən buz bağlamış kanala yıxılıb.
Məlumata görə, 1967-ci il təvəllüdlü polis məmuru buzun altından tez çıxarılmadığı üçün xəstəxanada dünyasını dəyişib.
AzNews.az