- Köhnə - Dünya
- 3 Aprel 2018 12:46
- 3 642
Misirdə yol qəzasında 5 nəfər öldü
Misirin paytaxtı Qahirə yaxınlığında ağır yol qəzası baş verib.
AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Misirdə mikroavtobusla yük maşını toqquşub. Nəticədə 5 nəfər ölüb, 9 nəfər yaralanıb. Hazırda polis qəzanın baş verməsinin səbəbini araşdırır. Qəzanın səbəbləri hələ ki, bilinmir.