BMT Yəmən üçün iki milyard dollar topladı

BMT-nin baş katibi Antoniu Quterreş açıqlamasında bildirib ki, Cenevrədə təşkil edilən beynəlxalq konfransda Yəmənə humanitar yardım göstərilməsi üçün 2 milyard dollar toplanılıb.

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, BMT-nin baş katibi deyib ki, keçən il bu məbləğ 1,1 milyard təşkil edirdi. O, əlavə edib ki, Yəməndə vəziyyəti düzəltmək üçün yalnız danışıqlar yolundan istifadə etmək olar.

Qeyd edək ki, Yəməndə 2014-cü ildən bəri silahlı qarşıdurma davam edir.