Hakerlər ABŞ-ın birinci xanımı Mişel Obamanın şəxsi məlumatlarını oğurlayıblar Hakerlər ABŞ-ın birinci xanımı Mişel Obamanın şəxsi məlumatlarını oğurlayıblar

Obamanın şəxsi məlumatları oğurlandı

Hakerlər ABŞ-ın birinci xanımı Mişel Obamanın şəxsi məlumatlarını oğurlayıblar




Artıq Amerikanın gizli xidməti hakerlərin oğurluğunun hansı şəraitdə baş tutmasını araşdırır.

Oğurlanan məlumatlar arasında Mişel Obamanın kredit kartları və sosial sığorta kartlarının nömrəsi, şəxsi telefon nömrələri də var. Bundan başqa hibercinayətkarlar ABŞ-ın vitse-prezidenti Cozef Bayden, ədliyyə naziri Erik Holder, Los-Ancelos polisinin rəisi Şarli Bekin də şəxsi məlumatlarının əldə edə biliblər. Hillari Klinton və aktyor, keçmiş qubernator Arnold Şvartsneger də hücuma məruz qalanlar arasında olub.

Onlara aid informasiyaları daha sonra bir saytda yayımlayan hakerlər birinci xanıma məxsus telefon nömrələrini, onların Çikaqodakı evinin ünvanı yayımlayaraq Mişel Obamaya "Ərini günahlandır, biz səni əvvəlki kimi sevirik, Mişel" mesajını qoyublar.


Elnarə
AzNews.az