"Save The Children" adlı beynəlxalq uşaq-xeyriyyə təşkilatı Suriyadakı və qaçqın düşərgələrindəki suriyalı uşaqlarla bağlı hesabat hazırlayıb. "Save The Children" adlı beynəlxalq uşaq-xeyriyyə təşkilatı Suriyadakı və qaçqın düşərgələrindəki suriyalı uşaqlarla bağlı hesabat hazırlayıb.

2 milyon suriyalı uşaq təhlükədədir

"Save The Children" adlı beynəlxalq uşaq-xeyriyyə təşkilatı Suriyadakı və qaçqın düşərgələrindəki suriyalı uşaqlarla bağlı hesabat hazırlayıb.




Təşkilatın "Od içində uşaqlıq" ("Childhood on Fire") adını verdiyi hesabatı Suriyada 2 ildir davam edən münaqişədən əziyyət çəkən uşaqlar barəsində ilk beynəlxalq səviyyəli hesabatdır.

"Save The Children" təşkilatı Suriyada 2 milyon uşağın aclıq və xəstəlik təhlükəsi ilə üz-üzə qaldığını bəyan edir. Hesabatda Livan, İordaniya, Türkiyə və digər ölkələrdə qaçqın düşərgələrində məskunlaşmış suriyalı uşaqların üzləşdiyi çətinliklərlə bağlı həyəcan təbili çalınır. Hesabatda qaçqın düşərgələrindəki suriyalı uşaqlara psixoloji dəstək proqramlarına ehtiyacın olduğu da vurğulanır.

Bu ayın əvvəllərində isə BMT Suriya münaqişəsi nəticəsində ölkəni tərk edənlərin sayının 1 milyonu ötdüyünü açıqlamışdı.