- Köhnə - Dünya
- 13 Aprel 2018 14:48
- 3 638
Soyuq müharibə yoxdur - Hollandiya XİN rəhbəri

Hollandiyanın xarici işlər naziri Stef Blok soyuq müharibə olmadığını və onun geri dönməsini istəmədiyini söyləyib.
AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, "Qəzet oxuyanlar soyuq müharibənin geri döndüyünü düşünə bilərlər, jurnalistlər də tez-tez bu suala cavab axtarırlar ... Mən bu sualın cavabını verəcəyəm - yox, soyuq müharibə yoxdur və onun heç vaxt geri dönməsini istəmirəm", deyə Hollandiyanın xarici işlər naziri bildirib.