Belarus prezidenti Aleksandr Lukaşenko Skripalla bağlı qalmaqaldan danışmaqdan imtina edib. Belarus prezidenti Aleksandr Lukaşenko Skripalla bağlı qalmaqaldan danışmaqdan imtina edib.

Lukaşenko Skripalla bağlı qalmaqaldan danışmaqdan imtina etdi

Belarus prezidenti Aleksandr Lukaşenko Skripalla bağlı qalmaqaldan danışmaqdan imtina edib.

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, "Şərhlər mənim işim deyil, sizin (jurnalistlərin) işinizdir. Biz çox şey bilirik və mübahisə edə bilərik. Daha geniş şeylərə baxın: neftin qiyməti artdı? Artdı! Daha danışmayacağam", deyə Lukaşenko danışmaqdan imtina edib.

Qeyd edək ki, keçmiş rus kəşfiyyatçısı Sergey Skripal qızı ilə yaşadığı Britaniyanın Solsberi şəhərində kimyəvi maddədən zəhərlənib. Bu isə öz növbəsində diplomatik qalmaqala səbəb olub.