Yaponiyada Bibi Lab şirkətinin dizaynerləri sosial şəbəkələrdəki trendləri tutublar və pişik olmaq arzusunda olan insanlar üçün evlər satmağa başlayıblar. Yaponiyada Bibi Lab şirkətinin dizaynerləri sosial şəbəkələrdəki trendləri tutublar və pişik olmaq arzusunda olan insanlar üçün evlər satmağa başlayıblar.

Bu evlər o insanlar üçündür - Qiyməti 192 manat

Yaponiyada Bibi Lab şirkətinin dizaynerləri sosial şəbəkələrdəki trendləri tutublar və pişik olmaq arzusunda olan insanlar üçün evlər satmağa başlayıblar.

AzNews.az xəbər verir ki, pişik aksesuarlarının dəsti ilə bir yerdə yaşayış yeri 192 manata satıla bilər. Yapon şirkətinin əməkdaşları və marketoloqlar insan qəribəliyi ilə məşğul olan malların istehsalında ilk deyil. İndi sosial şəbəkələrdə kütləvi bir monitorinqdən sonra mütəxəssislər bir çox istifadəçinin pişikləri dəhşətli dərəcədə sevdiyini, eyni zamanda pişik olmaq arzusunda olduqları qənaətinə gəliblər. Bununla bağlı sosial şəbəkələrdə müvafiq ifadələrlə çox sayda yazılar görünür.

Evin özü 65 sm yüksəklikdə bir çadırı xatırladır. Bu evlərin içində qıvrılıb yatmaq olar. Bundan əlavə evciklər pişiyin qulaqları və quyruqları formasında istehsal edilib. Məhsul artıq geniş yayılıb və evlərin satışı çoxluq təşkil edir. Şirkətin dizaynerləri buna bənzər işlərini davam edəcələrini qeyd ediblər.