- Köhnə - Dünya
- 28 Aprel 2018 23:30
- 3 823
İraqda nüfuzlu İŞİD lideri saxlanılıb

İraqın Mosul şəhərində İŞİD terror qruplaşmasının nüfuzlu liderlərindən biri olan İbrahim Məşəəl Marey saxlanılıb.
APA-nın “Baghdad Post”-a istinadən verdiyi xəbərə görə, İ.Marey dəqiq kəşfiyyat məlumatları əsasında Dəclə çayının sol sahilində saxlanılıb.
Saxlanılan İ.Marey İraq hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil verilib. Onun məhkəmə qarşısına çıxarılacağı bildirilir.
AzNews.az