- Köhnə - Dünya
- 29 Aprel 2018 17:19
- 4 162
Avstriyada motoplaner qəzaya uğradı - Ölənlər var
Avstriyanın İnsburk hava limanının yaxınlığında motoplaner qəzaya uğrayıb.
Trend-in məlumatına görə, qəza nəticəsində təyyarədə olan iki nəfər həlak olub. Onların kimliyi müəyyənləşdirilir.
Polisin məlumatına əsasən, motoplaner İsveçrədən uçurmuş, İnsburkda yanacaq doldurmaq üçün eniş edib və oradan qalxdıqdan bir qədər sonra qəzaya uğrayıb.
AzNews.az