İrəvanda müxalifətin mitinqi başa çatıb. İrəvanda müxalifətin mitinqi başa çatıb.

İrəvanda müxalifətin mitinqi başa çatdı - Yenilənib

İrəvanda müxalifətin mitinqi başa çatıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, mitinqdə çıxış edən müxalifət lideri Nikol Paşinyan ölkənin baş naziri postunu tutmağa hazır olduğunu bildirib və əlavə edib ki, aprelin 30-da məsələni parlament fraksiyalarının nümayəndələri ilə müzakirə edəcək.

N.Paşinyan tərəfdarlarını aprelin 30-da gün ərzində etiraz aksiyaları keçirməməyə çağırıb və sabahkı mitinqdə siyasi qüvvələrlə danışıqların nəticələrini təqdim edəcəyini bildirib.

***
19:38

Ermənistanın paytaxtı İrəvanda müxalifətin Nikol Paşinyanın rəhbərliyi ilə çoxminli mitinqi başlayıb.

"Report"un məlumatına görə, bu barədə "RİA Novosti" məlumat yayıb.

Məlumata görə, aksiya "Respublika" meydanında keçirilir.

Daha əvvəl etirazçılar "Fransa" meydanına yürüş ediblər. Bundan sonra etirazçılar İrəvanın mərkəzi küçələrinə çıxıblar. "Respublika" meydanında keçirilən yürüş başa çatıb.

Mitinqdə bütün yaş qrupları üzrə insanlar iştirak edir. Aksiyaya həmçinin azyaşlı uşaqların olduğu ailələr də qoşulub.

Meydandakı polislər mitinqi müşahidə edirlər.

AzNews.az