- Köhnə - Dünya
- 30 Aprel 2018 10:58
- 5 041
Paşinyan rəsmən Ermənistan baş nazirliyinə namizəd oldu
Ermənistanda müxalifətçilərin lideri Nikol Paşinyan rəsmi olaraq baş nazirlik vəzifəsinə namizəd olaraq göstərilib.
AzNews.az xəbər verir ki, bu barədə "Elk" fraksiyasının üzvü Ararat Mirzoyan məlumat verib.
Mirzoyan ölkənin taleyindən narahat olan bütün millət vəkillərinin Paşinyana səs verəcəklərinə əminliyini ifadə edib.