Yaponiya ilə ABŞ razılığa gəldi - KXDR-yə təzyiq davam edəcək

Yaponiya ilə ABŞ, KXDR üzərində təzyiqi davam etdirmək barədə razılaşıblar.

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, ABŞ dövlət katibi Maykl Pompeo və Yaponiyanın xarici işlər naziri Taro Kono Şimali Koreyanın tamamilə nüvəsizləşdirilməsi üçün bu ölkəyə təzyiqi davam etdirmək barədə razılığa gəliblər.

Qeyd edək ki, KXDR lideri Kim Çen In Yaponiya ilə dialoqa hazır olduğunu açıqlayıb.