İranlı qadınlar kişi paltarında stadiona girdilər

İranda qadınların futbol matçına getməsinin qadağan olmasına baxmayaraq, 5 azarkeş qadın kişi paltarı geyinib oyunu izləyiblər.

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, həmin qadınlar taxma bığ və saqqallarla üzlərini gizlətsələr də, fotolarını sosial şəbəkələrdə paylaşıblar. Buna görə polisə aparılan qadınlar bir müddət sonra sərbəst buraxılıb.

Qeyd edək ki, İranda daha öncə də kişi paltarında futbol oyunlarına baxan qadınlar olub.