Paşinyan Ermənistandakı vəziyyəti ABŞ Dövlət Departamenti ilə müzakirə etdi

Ermənistanda etiraz hərəkatının lideri Nikol Paşinyan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ues Mitçell ilə telefonla danışıb.

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Paşinyan bu barədə Facebook-da yazıb.

"Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ues Mitçell ilə telefonla danışdım. Biz Ermənistanda daxili siyasi vəziyyətin sülh yolu ilə və qanuni həlli ilə bağlı məsələləri müzakirə etdik ", deyə Paşinyan yazıb.