Paşinyan Ermənistanda “razılıq hökuməti” yaratmaq istəyir

Ermənistandakı etirazçıların lideri Nikol Paşinyan "razılıq hökumətini" yaratmağa çalışır.

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, "Hökumətin tərkibi siyasi məsləhətləşmələr əsasında formalaşacaq. Bizim arzumuz razılıq hökumətini formalaşdırmaqdır ", deyə Paşinyan açıqlayıb.

Bundan öncə Paşinyan dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ues Mitçell ilə telefonla danışıb.

Qeyd edək ki, aprelin 30-da Paşinyan rəsmən Ermənistanın baş nazirliyinə namizəd olub.