- Köhnə - Dünya
- 30 Aprel 2018 20:50
- 5 111
Əfqanıstanda BBC-nin müxbiri qətlə yetirildi - Foto
BBC-nin Əhməd Şah adlı müxbiri Şərqi Əfqanıstanda yerləşən Xost əyalətində qətlə yetirilib.
AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, BBC-nin Əfqan Servisinin Nümayəndəsi olan 29 yaşlı Əhməd Şah evə qayıdarkən motosikletlə hərəkət edən naməlum şəxslər ona atəş açıb.
BBC-nin direktoru Cemi Anqusun dediyinə görə, Əhməd Şah çox hörmətli və məşhur jurnalist idi. Onun ölümünü dərin hüznlə yad etdiyini qeyd edib.
BBC-nin mərhum müxbiri, Əhməd Şah

Qeyd edək ki, bu gün Əfqanıstanın paytaxtı Kabil şəhərində baş verən 2 ölümcül partlayışlarda 8-i jurnalist 4-ü polis nəfəri olmaqla ümumilikdə 25 nəfər həyatını itirib.