- Köhnə - Dünya
- 30 Aprel 2018 23:31
- 3 129
Ermənistanın hakim partiyası baş nazir seçkiləri ilə bağlı qərarını sabah açıqlayacaq
Hakim Ermənistan Respublika Partiyası (ERP) ölkənin baş naziri postu uğrunda səsvermə üzrə qərarı barədə mayın 1-də məlumat verəcək.
AzNews.az Ria-ya istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri, ERP-nin icra orqanının üzvü Eduard Şarmazanov deyib.
"Sabah", — deyə Şarmazanov partiyanın səsvermə ilə bağlı qərar qəbul edib-etməməsi ilə bağlı sualı cavablandırarkən bildirib.