- Köhnə - Dünya
- 1 May 2018 09:50
- 3 758
“Netanyahu tamamilə haqlıdır” - Tramp
ABŞ prezidenti Donald Tramp, İsrailin baş naziri Benyamin Netanyahunun İranın nüvə silahı istehsalı və sınağı məsələsində dünyanı aldatdığı iddialarına dəstək verib.
AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Tramp bildirib ki, Netanyahu İranla bağlı məsələdə 100 faiz haqlıdır. Netanyahunun İranın gizlicə nüvə silahı istehsal etdiyi ilə bağlı açıqlamalarına münasibət bildirən Tramp bunun qəbuledilməz olduğunu vurğulayıb.