Məşhur professor evtanaziya olunacaq

Avstraliyada yaşayan 104 yaşlı alim Devid Qudal evtanaziya olunacaq.

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, professor artıq may ayı üçün evtanaziya qəbulu aldığını bildirib və "xoşbəxt deyiləm və artıq ölmək istəyirəm" deyib.

Qudalın evtanaziya qərarı ölümcül xəstəlik deyil. Sadəcə alim bu qədər uzun yaşamaqdan məmnun olmadığını və həyat keyfiyyətinin aşağı düşdüyünü bildirib.

Devid Qudal "Bu yaşa qədər gəlməyim mənim üçün böyük bir peşmançılıqdır", deyə ölmək istədiyini açıqlayıb.