- Köhnə - Dünya
- 1 May 2018 16:25
- 4 049
Arvadı ilə mübahisə edən müəllim özünü vurdu
Türkiyədə dəhşətli olay yaşanıb.
AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyədə müəllim olan Əli K. həyat yoldaşı ilə mübahisə edib. Əli K. müəllimə olan 28 yaşlı həyat yoldaşı Canan K. ilə mübahisə etdikdən sonra öz otağına çəkilib. Arvadının bütün cəhdlərinə baxmayaraq, müəllim qapını açmayıb. Daha sonra otaqdan atəş səsi eşidilib. Olay yerinə gələn qonşular qapınını qırıblar və Əlini yerdə qan içində uzanan halda görüblər. Həkimlər onun artıq öldüyünü bildiriblər. Canan K. isə əsəb sarsıntısı keçirib.
Cütlüyün 6 aylıq bir körpəsinin olduğu da məlum olub.
