- Köhnə - Dünya
- 1 May 2018 20:51
- 7 219
Ermənistan parlamenti yeni baş naziri seçə bilmədi
Ermənistan parlamenti Nikol Paşinyanı baş nazir seçməyib.
AzNews.az xəbər verir ki, mayın 1-də ölkə parlamentində hökumət başçısı seçkisi keçirilib.
Baş nazir vəzifəsinə yeganə namizəd, “Yelk” (Çıxış) fraksiyasının üzvü, ölkədə başlayan etiraz aksiyalarının lideri Nikol Paşinyan çıxış edib və deputatların çoxsaylı suallarını cavablandırandan sonra səsvermə keçirilib.
Ermənistanın baş naziri vəzifəsinə "Mənim Addımım" Hərəkatının sədri, parlamentdəki "Çıxış" deputat fraksiyasının rəhbəri Nikol Paşinyan yeganə namizəd olub.
İclasda 105 deputatdan 102-si iştirak edib. Ancaq Nikol Paşinyanın lehinə cəmi 45 deputat səs verib. Ermənistanın hakim Respublikaçılar Partiyası onun baş nazir seçilməsinin əleyhinə çıxıb. Ölkə konstitusiyasına əsasən, baş nazir ən azı 53 deputatın səsi ilə seçilir.
Daşnaksütyun Partiyasından olan deputat Aqvan Vardanyan baş nazir postuna müxalifətin namizədi Nikol Paşinyana səs verməyəcəyini bildirib.
Qeyd edək ki, parlamentdə deputat fraksiyası olan Respublikaçılar Partiyası (58 deputat), “Tsarukyan” (31 deputat), “Çıxış” (9 deputat), “Daşnaksütyun” (7 deputat) qruplarının hamısı səsverməyə qatılıb.