ABŞ-da hərbi təyyarə qəzaya uğradı - Foto + Video (Yenilənib)

ABŞ-ın Corciya ştatında hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların sayı artıb.

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, ABŞ-ın Corciya ştatında C-130 hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb

***

20:52

ABŞ-ın Corciya ştatında C-130 ("Hercules") hərbi-nəqliyyat təyyarəsi qəzaya uğrayıb.

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin Mətbuat xidməti məlumat yayıb.

"Bəli, biz bu təyyarənin Milli Qvardiyaya məxsus olduğunu təsdiqləyirik. Bu an biz yalnız bu məlumata sahibik", - suallara cavab olaraq Mətbuat xidmətinin nümayəndəsi deyib.

Denver Goodvin adlı yerli sakin isə hadisəni bu cür şərh edib:

" Yer silkələndi, sanki bomba partlamışdı. Bu həqiqətən dəhşətli idi"

Qəza nəticəsində 2 nəfər həlak olub.

Görüntüləri sizə təqdim edirik:

Image result for Military cargo plane crash in Savannah Georgia