Pentaqon hərbi bazalarda Çin smartfonlarının satışını qadağan etdi

Pentaqon ona məxsus hərbi bazalarda Çin smartfonlarının satışını qadağan edib.

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, qadağan edilmiş smartfonlar əsasən Çinin ZTE və "Huawei" şirkətlərinə aiddir.

Kibertəhlükəsizlik Çinlə ABŞ arasında əsas problemlərdən biridir. ABŞ daima Çini haker hücumlarında günahlandırır. Çin isə bu iddiaları rədd edir və onları əsassız adlandırır.