Fransanın paytaxtı Paris şəhərinin yaxınlığında atışma baş verib. Fransanın paytaxtı Paris şəhərinin yaxınlığında atışma baş verib.

Parisdə maskalı şəxs atəş açdı - Yaşlı qadın yaralandı (Foto)

Fransanın paytaxtı Paris şəhərinin yaxınlığında atışma baş verib.

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə Anyer-sür-Sen və Kolomb şəhərlərinin arasındakı küçədə yerləşən Argentuil meydanında baş verib.

Maskalı şəxs 85 yaşlı qadın və 23 yaşlı gənclə itini vurub.

Hədəfin gənc oğlan olduğu ehtimal edilir. O, ayağından güllə yarası alıb. Ərazi mühasirəyə alınıb, maskalı şəxsin yeri hələ ki, bilinmir. İlkin olaraq, hadisənin terrorla əlaqəli olmadığı qeyd edilir.