Bu gün Romada İran və Aİ ölkələrinin iştirakı ilə siyasi məsləhətləşmələr aparılıb. Bu gün Romada İran və Aİ ölkələrinin iştirakı ilə siyasi məsləhətləşmələr aparılıb.

Aİ ölkələri İranla məsləhətləşmələr apardı - Foto

Bu gün Romada İran və Aİ ölkələrinin iştirakı ilə siyasi məsləhətləşmələr aparılıb.

AzNews.az Ria-ya istinadən xəbər verir ki, məsləhətləşmlərin əsas mövzusu bölgə və Yəməndəki vəziyyət olub.

Bu barədə Aİ xarici siyasət xidmətinin yaydığı məlumatda bildirilir. Məlumata görə, tərəflər Brüsseldə eyni formatda görüşün keçirilməsinə dair razılığa gəliblər.

Məsləhətləşmələr Aİ xarici siyasət xidmətinin baş katibi Helqa Şmidin sədrliyi ilə keçirilib. Görüşdə Almaniya, İtaliya, Britaniya və Fransa XİN-nin rəhbər şəxsləri iştirak edib.

İran nümayəndə heyətinə xarici işlər nazirinin müavini Hüseyn Cabir Ənsari rəhbərlik edib.

Qeyd edək ki, bundan əvvəl analoji görüş 2018-ci ilin fevralında Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilmişdi.