Türkiyəyə məxsus karqo gəmisi Yunanıstanın hərbi həmisi ilə toqquşdu Türkiyəyə məxsus karqo gəmisi Yunanıstanın hərbi həmisi ilə toqquşdu

Egey dənizində Türkiyə və Yunanıstan gəmiləri toqquşdu

Türkiyəyə məxsus karqo gəmisi Yunanıstanın hərbi həmisi ilə toqquşdu

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, Türkiyənin Nəqliyyat, Dənizçilik və İnformasiya Texnologiyaları Nazirliyi Egey dənizində Türkiyənin yük gəmisi ilə Yunanıstanın hərbi gəmisinin toqquşması faktını təsdiq edib.

Qəza səhər saatlarında Lesbos adasının cənub-şərqində baş verib.

Qəzaya səbəb kimi Türk gəmisinin beynəlxalq ticari təhlükəsizlik qaydalarını pozması göstərilir.

Hadisə nəticəsində gəmilər ciddi zərbə alsalar da, heç biri batmayıb. Xəsarət alanların olmadığı bildirilir.

Hazırda toqquşmanın təfərrüatları araşdırılır.