ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) "Harri Trumen" aviadaşıyıcısının başçılıq etdiyi zərbə qrupu Suriyada İŞİD terror qruplaşmasına qarşı hava əməliyyatlarına başlayıb. ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) "Harri Trumen" aviadaşıyıcısının başçılıq etdiyi zərbə qrupu Suriyada İŞİD terror qruplaşmasına qarşı hava əməliyyatlarına başlayıb.

ABŞ Suriyada İŞİD-ə qarşı hərbi əməliyyatlara başladı

ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) "Harri Trumen" aviadaşıyıcısının başçılıq etdiyi zərbə qrupu Suriyada İŞİD terror qruplaşmasına qarşı hava əməliyyatlarına başlayıb.

AzNews.az dünya mətbuatına istinadən xəbər verir ki, bu barədə Amerika HDQ-nin bəyanatında deyilir. "Harri Trumen" aviadaşıyıcı zərbə qrupu mayın 3-də "Sarsılmaz qətiyyət" əməliyyatlarına dəstək göstərmək məqsədi ilə hava əməliyyatları həyata keçirməyə başlayıb", — deyə sənəddə bildirilir.

“Harri Trumen”in göyərtəsində 90 hərbi təyyarə və helikoterin olduğu bildirilir. Qruplaşmanın ümumi şəxsi heyəti 6500 nəfərə yaxındır.

Bundan əvvəl Pentaqon Suriyada sonuncu İŞİD istinadgahlarının məhv edilməsi ilə bağlı əməliyyatın başlandığını elan etmişdi.

HDQ-dən qeyd olunub ki, bombardımançı qırıcılar eskadrilyası artıq Suriya üzərində bir neçə uçuş edib.