Bu il Türkiyə və Rusiya arasında viza rejimi ləğv edilə bilər. Bu il Türkiyə və Rusiya arasında viza rejimi ləğv edilə bilər.

Türkiyə və Rusiya arasında viza rejimi ləğv olunur? - Foto

Bu il Türkiyə və Rusiya arasında viza rejimi ləğv edilə bilər.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir.

"Rəsmi Ankara bu ilin sonuna qədər Rusiya ilə viza rejiminin ləğv edilməsini, yaxud viza rejiminin yumşaldılmasını gözləyir".

Bunu bu gün Türkiyə xarici işlər nazir Mövlud Çavuşoğlu "CNN Turk" telekanalına müsahibəsində bildirib.

"Bu ilin sonunda iki ölkənin prezidentləri telefon danışığı, yaxud ilk şəxsi görüşlərində viza rejiminin ləğvi barədə qərar verə bilərlər",-deyə M. Çavuşoğlu bildirib.

Qeyd edək ki, Rusiya 2015-ci ilin noyabrında Suriya-Türkiyə sərhədində "Su-24" hərbi təyyarəsinin vurulmasından sonra Türkiyə vətəndaşlarına viza rejimi tətbiq edib.